image-2000x150
image-1679149651_jale-1-1backend

Autizmli uşaqlar üçün bayram tədbiri təşkil edilib-FOTOLAR

image-728x90
Azərbaycan Autizm Assosiasiyası autizm spektrli uşaqlar və onların ailələri ilə növbəti görüşünü Novruz bayramı münasibəti ilə təşkil edib.

Ulusal.az-ın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, tədbirdə deputat həmkarları, ictimai-siyasi xadimlər, media nümayəndələri, müxtəlif autizm mərkəzlərinin təlimçiləri, həkim-psixoloqlar və digər qonaqlar iştirak edib:

“Autizmli uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirmək və autizmin qüsur deyil fərqlilik olduğu mesajını ötürmək məqsədi daşıyan tədbirdə 60-dan çox uşağa bayram əhval-ruhiyyəsi və sevinc hissləri yaşatmış olduq. Rəngarəng konsert proqramı ilə uşaqlara xoş anlar bəxş edən Novruz şənliyində hər bir uşağa Assosiasiya adından bayram hədiyyələri də təqdim etdik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90