image-rt-reklam
image-1backend

Autizm spektrli pozuntuları olan uşaqların cəmiyyətə inteqrasiyası müzakirə edilib

image-728x90

İnklüziv təhsil, autizm spektrli pozuntuları olan uşaqların cəmiyyətə inteqrasiyası və reabilitasiyası mövzusunda müzakirələr aparılıb.

Ulusal.az xəbər verir ki, sözügedən məsələlərdən Milli Məclisin deputatı Jalə Əhmədovanın türkiyəli mütəxəssis, “autizmə çarə var!” deyərək yola çıxan uşaq inkişafı eksperti Can Erdoğan və İnclusive Organization Team-ın rəhbəri İbrahim Məmmədovla onlayn formatda baş tutan görüşdə bəhs edilib.

Görüş zamanı tərəflər birgə əməkdaşlıq haqqında qərar qəbul ediblər.

Millət vəkili əmin olduğunu bildirib ki, Azərbaycan Autizm Assosiasiyası, İnclusive Organization Team və Can Erdoğanın rəhbərlik etdiyi Pediart The Child & Family Counseling Center ilə birgə əməkdaşlıq hər bir tərəf üçün uğurlu olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90