image-rt-reklam
image-1backend

ATV-nin aparıcısının düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMAYENİLƏNİB

image-728x90

“Hadisə, ötən gün saat 14:10-da Bakı Şamaxı yolunun 11-ci kilometrliyində baş verib”.

Ulusal.az bildirir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev verib.

O, qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub.

“Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi.

—————

ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayeva qəzaya düşüb.

Ulusal.az “primetime”a istinadla yazır ki, hadisə bu gün Səbayıl rayonu ərazisində baş verib.

Şənay xəstəxanaya çatdırılıb. O üzündən zədə alıb və sümükləri sınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90