image-2000x150
image-fb_img_1706114096856backend

AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi

image-728x90

Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini dərin təəssüf hissi ilə qarşıladım. Əslində ölkəmizə qarşı hər zaman qeyri-səmimi mövqe nümayiş etdirən AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi. İnsan haqlarının “müdafiəçisi” və demokratiya carçısı olan bu qurum 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin nə səsini eşitdi, nə də onların haqlarının pozulması ilə bağlı bir söz dedi. Separatizmi dəstəkləyən işğalçı Ermənistana “gözün üstə qaşın var” deməyən AŞPA, bunun tam əksi olaraq Azərbaycanı, erməniləri Qarabağdan zorla çıxarmaqda, Laçın dəhlizini açmamaqda günahlandırır.
AŞPA, işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamaq əvəzinə daim dəstəkləyib, Azərbaycanın qələbəsindən sonra sülhün bərqərar olması üçün hər hansı bir addım atmayıb. Nə Azərbaycanafobiyanın hökm sürdüyü AŞPA, nə də digər dövlətlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. Çünki Azərbaycan müstəqil siyasət yürüdən suveren, demokratik və multikultural dövlətdir.

Jalə Əhmədova

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90