image-rt-reklam
image-fazil-mustafa-4backend

Arzuman Muradlı: “Bu güllələr Fazil Mustafaya deyil,  dövlətimizə atılan güllələrdir”

image-728x90

Millət vəkili,  dəyərli Fazil Mustafaya qarşı olan silahlı hücum təkcə onun şəxsinə yox, ölkəmizə, dövlətimizə qarşı yönələn bir terror aktıdır. Bu həm də cəmiyyətimizdə qorxu yaratmaq, ölkəmizdəki sabitliyi pozmaq kimi cəhdlərə yonəlik bir addımdır.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Ulusal.az-ın xəbərinə görə, bunu politoloq Arzuman Muradlı  bildirib.

“Fazil Mustafa həmişə dəyərli fikirləri ilə cəmiyyətdəki bütün proseslərə münasibət bildirən, ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir siyasi xadim kimi, həm də cəhalətə, xurafata qarşı çıxan dəyərli bir millət vəkilidir. Bu cür fikirlərlər isə sivil, dünyəvi dövlət əleyhidarlarını həmişə narahat edir. Əminəm ki, hüquq-mühafizə orqanlarımız tezliklə müvafiq tədbir görəcək və cinayətkarlar öz cəzasını alacaqlar. Dəyərli Fazil Mustafaya Allahdan şəfa diləyirəm”, – Arzuman Muradlı qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90