image-rt-reklam
image-33backend

Artıq ağcaqanadlar sizə toxunmayacaq – Çarə tapıldı

image-728x90

Yay mövsümündə günəşli günlər və temperaturun yüksəlməsi nəticəsində ağcaqanadların çoxalması əksər insanları narahat edir. Ağcaqanadlar bəzən qaşınma və qızartı kimi narahatlıqlara səbəb olsalar da, malyariyanın daşıyıcısı olan ağcaqanad növləri hər il dünyada yüz minlərlə insanın ölümünə səbəb olur.

Ağcaqanadlarla mübarizə yollarını axtaran israilli alimlər yeni növ “kimyəvi kamuflyaj” hazırlayıblar.

“Euronews”da yer alan xəbərə görə, İsraildəki Yerusəlim Yəhudi Universitetinin alimlərinin hazırladığı yeni tip ağcaqanadqovucu dəriyə çəkildiyi zaman insanı ağcaqanadlardan 99% qoruyur.

Yeni hazırlanmış qovucu iki təbii inqrediyentin birləşməsindən ibarətdir. Bunlardan indol çiçəklərdə olan ətir ekstraktı, digəri isə sellüloza adlı polimerdir. Bu qoruyucu dərinizi dişləyən ağcaqanadlara qarşı mexaniki qoruma təmin edir, kimyəvi kamuflyaj rolunu oynayır. Bir sözlə, yeni hazırlanmış maddə ağcaqanadların insana yaxınlaşmasının qarşısını alır.

İsrailli alimlər bildiriblər ki, məhsul gələn il satışa çıxarıla bilər.Pravda.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90