image-rt-reklam
image-1backend

“Arsenal”dan rekord – 7 oyundur məğlub olmurlar

image-728x90

Çempionlar Liqasının 1/4 final mərhələsində Londonun “Arsenal” klubu doğma meydanda “Real Madrid”i qəbul edib.

Apasport.az xəbər verir ki, “Arsenal” 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə birlikdə London klubu Çempionlar Liqasında çıxdığı ardıcıl 7-ci matçda da məğlub olmayıb.

“Arsenal” sözügedən matçdan sonra 2004/2005 mövsümündən bəri ən uzun məğlubiyyətsizlik seriyasını reallaşdırıb. Komanda cari mövsüm keçirdiyi son 7 qarşılaşmanın 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib.

Xatırladaq ki, Mikel Artetanın yetirmələri sonuncu dəfə Liqa mərhələsinin IV turunda “İnter”ə məğlub olublar – 1:0.

Qeyd edək ki, “Real Madrid”lə cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90