image-2000x150
image-1backend

Arsen Vardanyan: “Qarabağ və Naxçıvanın yox, Ermənistanın azadlığa ehtiyacı var”

image-728x90

“Bu hakimiyyət üçün ermənilərin nə düşünməsi, nə istəməsi önəmli deyil. Onların problemi var və Ermənistanı planlı şəkildə işğal ediblər, onu ləğv etməyə aparırlar. Nəticədə, bu gün Qarabağ, Naxçıvan və ya Qərbi Ermənistanın deyil, indiki Ermənistan Respublikasının azadlığa ehtiyacı var”. Ulusal.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant Arsen Vardanyan “Past” qəzetinə müsahibəsində deyib.

Erməni hərbçi bildirib ki, Azərbaycanın davamlı olaraq Ermənistanın onların ərazisi olması və ermənilərin Hindistandan gəlmiş qaraçılar olduğunu deməsi İrəvanda oturanların da ürəyincə olub. “Həmin açıqlamadan sonra hindlilər adı altında pakistanlıların və əfqanların Ermənistana böyük axını başladı. Nikol 2030-cu ilə qədər Ermənistanda 5 milyon nəfərin olacağından da danışıb. Məsələ burasındadır ki, 5 milyon erməninin olmasından yox, sadəcə sakinin olmasından danışırdılar. Onlar ərəb, hind, pakistanlı, azərbaycanlı da ola bilərlər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90