image-rt-reklam
image-aristokrat256489backend

“Aristokrat Tibb Mərkəzi”ndən şikayət var: Dodaq düzəldən yerdə, qaş tökürlər – FOTOFAKT

image-728x90

Gözəl görünmək istəyən xanımlar kosmetoloji prosedurları qulluğun ayrılmaz hissəsi sayır. Təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər heç də həmişə yaxşı nəticələnmir. Fəsadlar da əsasən saxta, keyfiyyətsiz kosmetik vasitələrin nəticəsində meydana çıxır. Oxucumuz Ləman Abdulova Publika.az-a şəhərin tibb mərkəzlərindən birində kosmetoloji prosedur etdiyini, lakin zərər gördüyünü bildirib.

Oxucumuzun sözlərinə görə, Nərimanov rayonu, Aristokrat Tibb mərkəzinə dodaq permanenti proseduru edib:

“Prosedur 2 mərhələli olur. Birinci mərhələni etdikdən sonra dodağımda heç bir dəyişiklik olmadı. Başqa kosmetoloqlarla danışdım. Hamısı mənə dedi ki, mütləq birinci prosedurdan sonra dəyişiklik hiss olunmalı idi. Dodağımda nə qədər müddət yanma və qızarmalar oldu. Yemək belə yeyə bilmirdim. Bütün bunlardan sonra həmin tibb mərkəzi haqqında araşdırmalara başladım.

Gördüm ki, mənimlə yanaşı bir neçə xanım da müxtəlif prosedurlar edib, şikayətlənirlər. Əlaqə saxladığım xanımlar prosedurdan sonra qaş və kirpiyinin töküldüyünü bildirdilər. Halbuki, belə hallar olmalı deyil. Məsələ ilə bağlı polisə ərizə vermişəm. Bundan sonra həmin tibb mərkəzi mənimlə əlaqə saxlayıb hədə-qorxu gəlməyə başladı. Amma susmayacam, gərək hamı belə yerləri bilsin ki, mənim kimi əziyyət çəkməsin”.

Aristokrat Tibb mərkəzi sorğumuza cavab olaraq bildirib ki, kosmetoloji prosedurlar hər kəsdə fərqli təsir göstərir:

“Hər bir prosedurun müxtəlif mərhələləri var. Onlara düzgün əməl etmək lazımdır. Biz Ləman xanımla danışdıq, lakin o korreksiyaya belə gəlmədi. Ümumiyyətlə, dodaq elə bir yerdir ki, işləkdir. Ona görə dodağa xüsusi diqqət lazımdır. Digər ittihamlara cavab olaraq bildirmək istəyirik ki, Ləman xanımdan başqa şikayət olmayıb. Yəni, prosedur etdiyimiz xanımların qaş və kirpiyində tökülmə kimi hallar müşahidə etməmişik. Hətta bəzi saytlarda cərrahiyə yollarla iş gördüyümüz paylaşılıb. Lakin heç cərrahi yolla iş görülmür. Hər bir orqanizm fərqlidir. Onsuz prosedur etdiyimiz hər 10 xanımdan 2-si şikayətlənir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90