image-2000x150
image-3-3backend

Argişti Kiviryan: “Bizim Azərbaycanla sülhdən başqa alternativimiz yoxdur”

image-728x90

“Bir şeyi də açıq deyim. İstənilən məntiqli insan başa düşür ki, sən coğrafiyanı dəyişə bilməzsən və azərbaycanlılarla sülhün alternativi yoxdur”. Bu sözləri erməni ekspert Argişti Kiviryan deyib.

O bildirib ki, hər iki xalq üz-üzə yaşayır. “Bundan sonra da belə yaşayacaqlar. Biz Ermənistanı götürüb, deyək ki, İsveçlə Finlandiya arasında yerləşdirə bilmərik. General Lebedin dediyi kimi, ən amansız müharibə həmişə sülhlə başa çatır. İndi bir-birimizi istədiyimiz qədər yeyə bilərik, bir gün hər şey sülhlə bitəcək. Burada söhbət Nikolun ya bilərəkdən başa düşmədiyi, ya da israrla özünü başa düşməyənin yerinə qoyduğu başqa bir məsələdən getmir. Əgər biz həqiqi sülh istəyiriksə, o zaman güclü olmalıyıq, hərbi-siyasi tarazlığı bərpa etməliyik və bu halda, yəni ancaq özümüzü müdafiə edə bildiyimiz müddətdə iki xalq arasında sülhə nail olmaq mümkün olacaq. Yoxsa onlar bizim zəifliyimizdən istifadə edəcəklər”.

Erməni ekspert vurğulayıb ki, Nikol Paşinyanın təklif etdiyi sülh deyil. Onun iddiasına görə, baş nazir erməni millətini məhvə aparır. “Heç kim zəiflərlə, bacarıqsızlarla sülh içində yaşamayacaq. Uduzmuş insan qarşı tərəfdən sülh tələb edə bilməz. Ən yaxşı halda o, quruacağı mövqeyi seçə bilər. Bizim Nikolayizmdən fərqimiz budur. Biz əsl sülh tərəfdarıyıq və onun dəlilikləri bahasına erməni millətinin birdəfəlik məhv edilməsinin tərəfdarı olduğunu izah edirik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90