image-rt-reklam
image-1backend

Ardanın adını səhv dedi, gülüşlə qarşılandı- Video

image-728x90

Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə oyundan əvvəl keçirilən mətbuat konfransında gülməli anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, klubun mətbuat katibi millinin futbolçusu Arda Gülərin soyadını səhv səsləndirib. Belə ki, o, “Real”ın futbolçusu Arda Gülər yerinə, məşhur futbolçu, hazırda “Eyüpspor”un baş məşqçisi Arda Turanın adını çəkib. Bundan sonra o, yanlışını düzəldib. Bu isə konfransda gülüşə səbəb olub.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında bu gün Monteneqro ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Türkiyə yığması oktyabrın 14-ü isə İslandiya ilə qarşılaşacaq.

Sözügedən görüntüləri təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90