image-rt-reklam
image-1backend

Arayik Arutyunyan hansı kartları aça bilər? – Rəsmi İrəvanın gözü AZTV-dədir

image-728x90

Bir neçə gün öncə Qarabağdakı keçmiş separatçı xunta rejiminin keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan AzTV-yə müsahibə verib. Müsahibənin anonsu yayılsa da sonradan bu müsahibənin martın 28-də yayımlanacağı bildirildi. Bu müsahibə Azərbaycan cəmiyyətindən daha çox ermənilərin marağına səbəb olub. Bəzi erməni hüquq müdafiəçiləri hesab edir ki, Arayik Arutyunyanın və Levon Mnatsakanyanın müsahibələri artıq siyasi mənada ciddi təlatüm yarada bilər. Erməni siyasilər isə hesab edir ki, Arayik Arutyunyanın bir çox məxfi məsələləri açmaqla Ermənistanda təlatüm yarada bilər. Çünki Arayik Arutyunyan bir çox sirli məsələləri açıqlaya bilər.

“Hraparak” nəşri isə iddia edir ki,Bakıda həbsdə olan Arayik Arutyunyanın Azərbaycan Televiziyasına müsahibəsi İrəvanın siyasi dairələrində ciddi narahatlığa səbəb olub. Onlar hesab edirlər ki, Arayik Arutyunyanın açıqlamaları Ermənistan və erməni xalqı üçün ağır nəticələrə səbəb ola bilər.

Erməni nəşri iddia edir ki, müsahibənin bu qədər gec verilməsi və yaxud anonsların tez-tez verilməsi hansısa siyasi dairələrə mesajdır.

Çünki hər kəsə bəllidir ki, Arayik Arutyunyan ciddi informasiyalara malikdir. Martın 28-nə kimi İrəvan ya sülh masasına oturmalı, ya da Arayik Arutyunyanın ciddi ittiham dolu, həmçinin sənədli sübutlu izahatlarını dinləməlidir. Erməni mediası hesab edir ki, bu müsahibədən sonra Ermənistan qarışa bilər. Çünki Arayik Arutyunyan həbs edilərkən kifayət qədər sənədlər də ələ keçirilib. Burada telefon danışıqlarının steneqramı, yazışmalar ola bilər. Bir sözlə ermənilər özləri etiraf edir ki, İrəvan tələyə düşüb və Azərbaycanın çaldığı havaya oynamalıdırlar. Bu havanın çalınmasına isə çox az qalıb. Hraparaq nəşri yazır ki,rəsmi İrəvan martın 28-nə kimi öz qərarlarını qətiləşdirməlidir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90