image-rt-reklam
image-1backend

Araikin AZTV-yə şok  etirafı – Ermənilər qorxu içində: Daha kimlər həbs ediləcək?

image-728x90

Qarabağda qondarma rejimin “prezidenti” olmuş Araik Arutyunyan indi Bakıda həbsxanadadır. Artıq bir neçə gündür ki, anonsu gedən Azərbaycan dövlət televiziyasının martın 28-də təqdim edəcəyi “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filminin ilk “qonağı” separatçı Araik Arutyunyan olacaq. Anonsdan da bəlli olur ki, Araiklə başlayacaq “müsahibə silsiləsi” digər separatçılarla davam edəcək.

Ötən ilin bu günlərində Araikin qolu qandallı Bakıya gətiriləcəyi, hətta AzTV-nin efirinə çıxarılacağını təsəvvür etmək mümkün deyildi, lakin Azərbaycan dövləti bunu bacardı və artıq heç nə təəccüblü deyil. Amma Araik Arutyunyanın AZTV-nin efirinə çıxarılması erməniləri qorxuya salıb. “Hraparaq” nəşri iddia edir ki, Araik Arutyunyan bu müsahibədə bir çox gizli detalları açıqlayıb və bu detallar Azərbaycanı yenidən savaşa başlamağa rəvac verə bilər. Belə ki, Araik Arutyunyan müsahibəsində Ermənistan rəhbərliyinin 44 günlük savaşda təsirindən detalları açıqlaya bilər. Erməni nəşri yazır ki, bu müsahibə böyük savaş üçün başlanğıc ola bilər.Sözsüz ki, ermənilərin əndişələnməsinin səbəbləri var. Ermənilərin qorxuya düşməsinə səbəb odur ki, Araik Arutyunyan müsahibə zamanı Qarabağdakı ermənilərə 44 günlük müharibə zamanı yardım edən erməni biznesmenlərinin dövlət adamlarının adını deyə bilər. Bu da Azərbaycan hökumətinin hərəkətə keçməsi və erməni iş adamlarının, diaspora rəhbərlərinin beynəlxalq axtarışa verilməsinə səbəb ola bilər. Erməni nəşri iddia edir ki, bu müsahibələrdən sonra bir çox erməni iş adamını həbsi qaçılmaz olacaq. Bir sözlə ermənilər böyük ümidlə Azərbaycan dövlət televiziyasının martın 28-də təqdim edəcəyi “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filminin yayımlanmasını gözləyirlər. Biz də gözləyək…

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycanı hədələyən Araik Arutyunyan Gəncənin onu göstərişi ilə vurulduğunu canllı yayım zamanı etiraf etmişdi.

Keçən il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90