image-rt-reklam
image-761fe03d-ff36-4a0e-bf9d-879be1b25250backend

ARAİK ARUTYUNYAN PAŞİNYANI “QAMÇILAYIR” – Kreml xunta başçısını yenə danışdırdı

image-728x90

Xankəndindəki qondarma separatçı rejimlə Ermənistan hakimiyyəti arasında narazılıq açıq müstəviyə keçib.

Hərbi xuntanın başçısı Arayik Arutyunyan dünən yerli telekanala müsahibəsində Baş nazir Nikol Paşinyanı qınayan açıqlamalar verib.

“Biz problemlərdən danışırıq, fikir ayrılıqları var. Ən böyük fikir ayrılığı isə həmişə Qarabağ problemi ilə bağlıdır. Mən Ermənistan hakimiyyətini “artsaxın” (Qarabağın red.) öz müqəddəratını təyinetmə hüququna şübhə yarada biləcək addımlardan və bəyanatlardan çəkinməyə çağırmaq istəyirəm”, – Arutyunyan bildirib.

Xunta başçısı iddia edib ki, 1988-ci ildə başlayan hərəkat heç bir şəxsin monopoliyasında deyil: “Mən Ermənistan hakimiyyətini Qarabağ məsələsində çox diqqətli olmağa çağırmaq istəyirəm. Heç kim bizim öz müqəddəratını təyin etmək hüququmuzu şübhə altına ala və məhdudlaşdıra bilməz. Bu, səlahiyyətli orqanlar tərəfindən verilməyən müstəsna hüquqdur, beynəlxalq səviyyədə tanınır. Və bununla bağlı “artsax xalqı” döyüşməyə hazır olduğunu bildirdi və erməni xalqı bu döyüşü dəstəkləyir”, – deyə Arutyunyan Paşinyana ünvanladığı bəyanatda qeyd edib.

Arutyunyan vurğulayıb ki, o, bütün dünya ermənilərindən ilk növbədə mənəvi dəstək, eləcə də maddi yardım gözləyir, çünki bu gün Qarabağda onlar ancaq kənd təsərrüfatı ilə məşğuldurlar, başqa yerdən gəlirləri yoxdur.

Xatırladaq ki, bu A.Arutyunyanın Baş nazir N.Paşinyanı qınayan ilk bəyanatı deyil. Bundan əvvəl də o Ermənistan hakimiyyətinin münaqişənin həllində bəzi konstruktiv bəyanatlarını sərt dildə qınayıb. Arutyunyan və onun dəstəsi Kremldən verilən direktivlərlə idarə olunur, şübhəszi ki, bu cür açıqlamalar da sülh perspektivini pozmağa yönəlib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90