Qondarma rejimin rəhbəri Araik Aruthunyan Ruben Vardanyanın işdən çıxarılması ilə bağlı açıqlama verib. Ulusal.az xəbər verir ki, qondarma rejimin rəhbəri Vardanyanın “dövlət naziri” vəzifəsindən azad etmək qərarının səbəblərinə aydınlıq gətirib.
“Məhz Vardanyana görə Laçın yolu bağlandı. Onun apardığı aqressiv davranış və açıqlamalar bizi çətin vəziyyətə saldı. Sülh danışıqları prosesinə əngəl olacaq qüvvələr var və Vardanyan həmin prosesin içində idi ki, bu yolverilməzdir. Vardanyan erməni cəmiyyətində etimadımızı məhv etdi. “- deyə Aruthunyan bildirib.





















