image-rt-reklam
image-1677503230_arzuman-222-2backend

“Aprel döyüşləri Zəfər yürüşümüzün təməlini qoydu” -Arzuman Muradlı

image-728x90

“Əgər bir ölkənin torpaqları işğal altına düşərsə, onun təkcə ərazi bütövlüyü və suverenliyi pozulmaz, azadlıq və müstəqilliyi də daim təhlükədə olar. Azərbaycan 30 illik erməni işğalı dövründə bu təhlükənin qarşısını böyük məharətlə alaraq, Ermənistana və havadarlarına qarşı mübarizə apardı, işğal edilən torpaqlarının təmizlənməsi istiqamətində mübarizəyə fasilə vermədi. Bu baxımdan, Azərbaycan Ordusunun 2016-cı ilin aprelində qazandığı qələbə böyük tarixi əhəmiyyətə malikdir, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının azadlığına gedən yolda dönüş nöqtəsi idi.” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Zəfər tariximizin səlnaməsi olan Aprel döyüşləri, həm də Zəfər yürüşümüzün təməlini qoydu.

“Tarixə “Dördgünlük döyüş” kimi düşən bu hadisə 2020-ci ilin Vətən müharibəsinədək, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra ən şiddətli qarşıdurma sayılır. Bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işğalçılardan təmizlədi. Onda ermənilər böyük itki vermişdi. Bu hadisələr zamanı da Rusiya Ermənistanın yardımına çatdı. Atəşkəslə bağlı aprelin 5-də tərəflər arasında razılaşma əldə olundu. Bununla belə əldə edilən razılaşmadan sonra Ermənistan Azərbaycan Ordusunun Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutmaqla atəşkəsi pozmuşdu. Aprelin 7-də ermənilər Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşınını atəşə tutmuşdular. Aprel döyüşləri zamanı əldə edilən uğur Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qələbə əzmini bir daha göstərdi. Aprel zəfəri həm də beynaəlxalq güclürən bu münaqişəyə birtərəfli yanaşmasını dəyişdi. Məhz 4 günlük savaşdan sonra qərb anladı ki, Azərbaycan nə yolla olur, olsun öz torpaqlarını azad edəvcək” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90