” Azərbaycan tezliklə Qarabağda Azərbaycan bayrağının dalğalanması üçün hərəkətə keçməlidir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənilər havadarlarının dəstəyi ilə ciddi müharibəyə hazırlaşırlar” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, ermənilər 3 ildir ki, sərhədlərin demarkasiya və delimitasiya prosesindən yayınırlar.
“Proseslər onu göstərir ki, savaş qaçılmazdır. Onsuz da Türkiyə bizim strateji müttəfiqimizdir. Pakistan da, İsrail də bizim yanımızda olacaq. Amma bu ölkələr hər nə qədər bizə yaxın olsalar da, geopolitik oyun quran, yeni dünya nizamı yaradan güclər deyillər. Yeni dünya nizamını yaradan güclər – ABŞ, Böyük Britaniya və Çindir. Rusiya artıq bu liqada deyil. Bu oyunçularla razılaşma olmayana qədər əməliyyata getmək mümkün görünmür. 44 günlük Vətən müharibəsində belə bir razılaşma mövcud idi. Biz ilk növbədə öz içimizdə olan düşməni çıxarmalıyıq. Bu gün Azərbaycanın mərkəzində sayı bəlli olmayan qanunsuz silahlı dəstələr var… Buna görə Qarabağdakı separatçılara qarşı anti-terror əməliyyatına başlamalıyıq” -deyə Arzuman Muradlı bildirib.