image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Anti-terror əməliyyatı qaçılmazdır” -Arzuman Muradlı

image-728x90

” Son günlər ermənilər təxribatların sayının artırıb. Bu danışıqların intensivləşdiyi, sülh müqaviləsinin bağlanmaq şansı yüksək olduğu bir ərəfədə baş verir. Ermənilərin bu təxribatları isə anti-terror əməliyyatını labüdləşdirir”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, müharibədən sonra Azərbaycan tərəfindən bir neçə dəfə lokal antiterror əməliyyatları həyata keçirilib.

“Artıq bunun davam etdirilməsi zərurəti artıb. Sərsəng su anbarı ətrafında ekoloji vəziyyət xeyli ağırdır. Azərbyacnın növbəti hədəflərindən bir də ola bilsin ki, Sərsəng su anbarının azad olunması olacaq. Bununla da Azərbaycan ekoloji fəlakətin qarşısını almaqla yanaşı, Sərsəng su anbarına nəzarəti öz əlinə alacaq. Bu gün separatçıların olduğu əraziyə gedən qaz-işıq, su xətləri Azərbaycanın nəzarəti altındadır. Bu amil təsir imkanlarını artırır. Sözsüz ki, Sərsəng su anbarı ilə bağlı da Azərbaycanın hədəfləri var. Burada həyata keçiriləcək lokal hərbi əməliyyatlarla mümkün qədər separatçıların fəaliyyət imkanları daraldılmalıdır.”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90