” Ermənilər layiqli cəzalarını alır və alacaq. Artıq erməni təxribatlarının qarşısını almaq üçün pilotsuz uçuş aparatlarımız yenə iş başındadır. Təxribat törədən bütün erməni silahlıları məhv edilir”- Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Azərbaycan ordusunun dünənki zərbələri və separatçıların itkiləri göstərir ki, biz bu çətinliyi adlamışıq.
“Erməni separatçıları anlayırlar ki, artıq onların bölgədə gizlənəcək yerləri azdır, istənilən məntəqələri hədəf götürülə bilər. Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti bunun qarşısını ala bilməyəcək. Bu gedişat separatçıların tərksilah olunmasını aktuallaşdırır, əksi dron zərbələrinin və ünvanlı anti-terror əməliyyatların sayının artmasına gətirib çıxaracaq.”- deyə Arzuman Muradlı bildirib.




















