image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Anti-terror əməliyyatı artıq qaçılmazdır” -Arzuman Muradlı

image-728x90

Ermənistan Azərbaycana qarşı hərbi təhdidlərini davam etdirir. MN-nin məlumatına əsasən, erməni hərbi qulluqçularının təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları həyatını itirib. Eyni zamanda səhər saatlarında Azərbaycan ordusunun mövqeləri minaatanlardan atəşə tutulub. Ekspertlərin fikrincə, proses davam edərsə, Azərbaycan da Ermənistana qarşı antiterror əməliyyatını gücləndirəcək. Görəsən, indiki şəraitdə proses necə inkişaf edəcək? Azərbaycan ermənilərin Qarabağdan çıxarılması prosesini sürətləndirə bilərmi?

Mövzunu Ulusal.az-a şərh edən politoloq Arzuman Muradlı bildirib ki, bu hadisənin baş verməsinin əsas səbəbi vasitəçi tərəflərin öz öhdəliklərini layiqincə yerinə yetirməməsidir:

“2020-ci il 10 noyabr bəyanatından dərhal sonra Rusiya, Qərb və Avropa ölkələrinin bəziləri münaqişənin həll olunmasında aktiv iştirak etməyə cəhd edirlər. Amma görünən odur ki, bəzi qüvvələr həm də bu münaqişənin alovlanmasına vasitəçi olur. İstər Qərb, istərsə də Rusiya əməldə münaqişənin alovlanmasına maraqlıdırlar.”-deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, dünən baş verən hadisələr böyük ehtimalla Azərbaycanın erməni silahlılarını bölgədən təmizləməsi ilə nəticələnəcək:

“Artıq ermənilər son şanslarını da əldən verdilər. Azərbaycanın səbr kasası daşıb. Biz bölgədən separatçı silahlıları təmizləyib və nəzarət keçid məntəqələrini quraşdırmalıyıq. Bölgədə əmin amanlıq yalnız bundan sonra bərpa oluna bilər. Son hadisələr bir daha göstərir ki, anti-terror əməliyyatı artıq qaçılmazdır ”. -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90