image-rt-reklam
image-1backend

Antalyaya uçacaq şəxslərə xəbərdarlıq: Təyyarəniz…

image-728x90

Son günlər bir-birinin ardınca baş verən və çoxlu sayda sərnişinin yaralandığı turbulentliklər xüsusilə uçmaqdan qorxanların narahatlığını daha da artırıb. Mütəxəssislər xüsusilə Antalyaya gedəcək şəxslərə xəbərdarlıq edib.

Ulusal.az xəbər verir ki, bunula bağlı İstanbul Aydın Universiteti Tətbiqi Elmlər fakültəsinin Pilotluq Bölümü müəllim Səlim Kurnaz danışıb.

O qeyd edib ki, aviasiyada təyyarənin qanadlarının üstündən və altından keçən külək bir-birinə paralel, sabit istiqamətdə olmalıdır:

“Turbulentliyin yaranmasına təsir edən bir neçə amil var. Onlardan biri güclü yağış daşıyan buludlarıdır. Bunlar meteoroloji radarda göründüyü üçün təyyarə marşrutunu dəyişir. İkinci səbəb dağlar kimi coğrafi yüksəkliklərdir. Bunlar hava cərəyanlarının yuxarıya, sonra isə aşağıya doğru yönəlməsinə səbəb olur.

Məsələn, Antalyadan İstanbula uçan təyyarələr Toroslar üzərindən keçərkən bu təsirə məruz qalırlar. Himalay kimi yüksək dağ birləşmələri hava axınına daha çox təsir edir. Açıq hava turbulentliyi dediyimiz turbulentlik növü isti hava axınlarının soyuq axınlarla sərhəd qatı əmələ gətirdiyi yerlərdə baş verir”.

Son 3 şiddətli turbulent hadisəsindən 2-nin Türkiyə üzərində baş verməsi ilə bağlı Səlim Kurnaz diqqətə çatdırıb ki, Avropanın cənubundan və Türkiyə üzərindən keçən soyuq hava iqlimi və isti hava axını var:

“Bu isti hava axınının təsiri ən son hadisədə də göründü. Bunun regional olaraq daha çox Türkiyədə baş verməsi riski yoxdur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90