Bu il Antalyaya gələn xarici turistlərin sayı 15 milyona çatıb.
Ulusal.az xəbər verir ki, Peşəkar Otel Menecerləri Dərnəyinin ənənəvi aylıq toplantısında çıxış edən assosiasiyanın prezidenti Hakan Saatçıoğlu mövzu ilə bağlı açıqlama verib.
Keçən illə müqayisədə turist sayında artım olduğunu bildirən Hakan Saatçıoğlu deyib:
“Antalya və Qazipaşa hava limanlarının statistikasına əsasən, oktyabrın 16-dək 15 milyon xarici qonağı qəbul etmişik. Sözügedən dövrdə bölgəyə 3 milyon 250 min rus, 2 milyon 750 min alman, 1 milyon 300 min ingilis və 1 milyon 100 min polşalı turist gəlib”.
Antalyaya gələn xarici turistlərin sayında 7 faiz artım müşahidə olunduğunu bildirən Hakan Saatçıoğlu cari ilin sonuna qədər 17 milyon turist hədəfinə nail ola biləcəklərini ifadə edib.