image-rt-reklam
image-1backend

Anklavların təhvil-təslim prosesi gedir, tezliklə azərbaycanlılar… – Qevondyan açıqladı

image-728x90

“Anklavlarla bağlı bütün proses başa çatıb, yalnız təhvil-təslim və texniki məsələlər qalıb”.

Ulusal.az xəbər verir ki, bu barədə erməni politoloq Alen Qevondyan Qazaxın hələ də erməni işğalında qalan kəndindən birinə – Yuxarı Əskipara kəndinə girmək istəyən “döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyanın saxlanılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq.

“Ermənistan vətəndaşları həmin ərazilərə buraxılmır. Tezliklə azərbaycanlılar orada peyda olacaq. Lakin Azərbaycan anklavlarla əlaqə üçün yol da istəyir. Bu məsələ lazım olarsa, hərbi yolla həll ediləcək”, – o deyib.

A.Qevondyan hesab edir ki, azərbaycanlılar bu ərazilərə, o cümlədən, Ermənistanın digər yerlərinə qayıdandan sonra onların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq struktur yaradıla bilər.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90