image-2000x150
image-1678961530_screenshot-2023-03-16-141033backend

Ankarada TDT-nin Fövqəladə Zirvə Görüşü başladı – CANLI YAYIM

image-728x90

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü başlayıb.

Ulusal.az xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri – Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.

Görüşdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tək-tək qonaqları qarşılayıb.

Daha sonra ailə fotosu çəkilib.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası da Zirvə Görüşünə qatılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin iclası zamanı bildirib ki, təcili toplantı məhz Azərbaycanın təklifi ilə baş tutub.

Qeyd edək ki, Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90