image-rt-reklam
image-defaultbackend

Ankarada əyləncə mərkəzinə silahlı hücum: xəsarət alan yoxdur

image-728x90

2025-ci il oktyabrın 26-na keçən gecə Ankaranın Yenimahalle rayonunun Beştəpə məhəlləsində yerləşən əyləncə mərkəzinə silahlı hücum edilib. TRT Haber-in məlumatına görə, nömrəsiz motosikletlə hərəkət edən iki naməlum şəxs obyektə atəş açıb.

Məlumata əsasən, hücum zamanı təsadüfən xəsarət alan olmayıb. Hadisə baş verən vaxt obyektin bağlı olması mümkün itkilərin qarşısını alıb.

Hadisə yerində çoxsaylı güllə gilizləri aşkarlanıb və obyektə maddi ziyan dəyib. Polis əməkdaşları şahid ifadələrini alıb və ətrafdakı müşahidə kameralarının görüntülərini araşdırır.

Silahlı şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90