Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.
Ulusal.az xəbər verir ki, Sincan rayonu Papatya küçəsində yaşayan qonşular arasında dava düşüb.
Məlumata görə, dava yüksək səs-küy səbəbindən düşüb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. Dörd nəfər hadisə yerində, biri xəstəxanada ölüb.
Şübhəlilər Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən nəzarətə alınıb.





















