image-2000x150
image-ankarada_etirazbackend

Ankara dünyaya master-klass keçdi – Geqamyan

image-728x90

Türkiyə parlamenti iki illik diplomatik oyunlardan sonra, nəhayət, İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etdi.

Ulusal.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Bu, gözlənilirdi, çünki Türkiyə bu prosedurdan maksimum yararlana bildi. Birincisi, Ankara NATO-da siyasi çəkisini yüksəltdi və bununla da strateji muxtariyyətini genişləndirdi. İkincisi, Türkiyə Moskvaya İsveçlə bağlı müvəqqəti mövqeyini “satmaqla” Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazandı. Üçüncüsü, ABŞ-ı qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur etdi. Və nəhayət, gözəl bir bonus: Avropadakı kürd fiqurların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirdi. Harada və necə oynadığını bilən bir ölkə diplomatik ustad dərsi keçdi. Bunu öyrənməyə dəyər”, – o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90