image-rt-reklam
image-222backend

Anka Türk Birliyinin sədri Şimali Kipr Türk Respublikasının Xarici işlər naziri ilə görüşüb

image-728x90

Anka Türk Birliyinin sədri Şimali Kipr Türk Respublikasının Xarici işlər naziri ilə görüşüb.

Bu barədə Ulusal.az-a açıqlamasında Anka Türk Birliyinin sədri Dr.Derya Akdemir bildirib. D.Akdemir bildirib ki, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə keçirdikləri görüşdə Türk dünyasının gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafini istəməyən qüvvələrin mövcud olmasına baxmayaraq, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında yeni perspektivlər yaranıb: “Bu gün bu görüşdən sonra əmin olduq ki, Şimali Kipr də Türk dünyasının ayrılmaz bir parçasıdır və onun Türk dünyasına inteqrasiyası sürətlə davam edir. Biz də çox hörmətli nazirimizi əmin etdik ki, Şimali Kiprin haqlı mübarizəsini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90