image-rt-reklam
image-fb_img_1684927290754backend

Androniki parodiya edən aktyorun faciəli ölümü

image-728x90

Fotoda Azərbaycan teatrının görkəmli komiklərindən Əbülhəsən Anaplı Məmmədovdur. Bəzi mənbələrdə onun soyadı bəzi afişa və proqramlarda “Anaplinski” kimi də göstərilib. Əbülhəsən Anaplı səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir.

Cəfər Cabbarlı Anaplı haqqında belə yazmışdır: “Əbülhəsəni yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. Nə qədər böyük və ali bir məclis olursa,olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o məclisdə icrai-məharət edirlərsə, etsinlər, Əbülhəsən onların həpsini ikinci dərəcəyə buraxacaqdır”
Əbülhəsən Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat dəstəsi ilə 1921-ci ilin fevralında Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecə ikən kəndə hücum edən ermənilər tərəfindən qətlə yetirilmişdir. Bu barədə saytlarda məlumat gedir.
Ancaq niyə aktyor ermənilərin qəzəbinə gəlib, onu yazmırlar.
Nəriman Nərimanov fevral ayında aktyorlar Əbülhəsən Anaplı, Mir Paşa Sadıqov, Əli İslamı yanına çağırıb Qarabağda konsert verməsini tapşırır. Konsertə gedən aktyorların xərcini də özü çəkir. Gedəndə tapşırır ki, mütləq şəkildə daşnakları və müsavatçıları pardoiya eləsin, ermənilərə və azərbaycanlılara göstərsin ki, bolşeviklər onları kimlərdən xilas ediblər. Fevral ayının 12-də də Kəlbəcərə gələn aktyorlar ilk səhnəni Keşiş kəndində göstərməli idilər. Onları isə müşayiət edən Şuşanın Malıbəyli kənd sakini İsfəndiyar Hacı Məmməd oğlu idi. 13 fevralda kəndə səhnə qurulur və aktyorlar çıxış edirlər. Əbülhəsən Anaplı və Mir Paşa Sadıqov müsavatçıları parodiya edirlər, sonra isə ermənilərin “qulağı kəsik qəhrəmanı Androniki”. Onun qulağının kəsilməsi səhnəsini göstərirlər. Tamaşa bitəndən sonra Şuşaya doğru getmək istəyən zaman kəndin çıxışında onları ermənilər mühasirəyə alırlar və dörd nəfəri də yerindəcə güllələyirlər. Aktyorların nəşini Bakıya gətirib dəfn edirlər.

Zaur Əliyev, dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90