image-rt-reklam
image-1backend

Andrade “Beşiktaş”da…- İstanbul nəhəngi Ağdam klubuna nə qədər ödəyəcək?

image-728x90

“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək.

Ulusal.az xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur “A Bola” nəşri məlumat yayıb.

“Beşiktaş”ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. “Qara qartallar”ın Azərbaycan klubu ilə danışıqların sona çatdığını açıqlayıb.

“A Bola” nəşri iddia edir ki, Türkiyə klubu bu keçid üçün Ağdam klubuna 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kabo Verdedən olan oyunçunun “köhlən atlar”la müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90