“Polşa prezidenti Andjey Dudanın İrəvan səfəri çərçivəsində Ermənistanla Azərbaycan arasında şərti sərhədə gəlməsi, acı təəsüf hissi doğurur və qəbuledilməzdir”.
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Duda Ermənistanda məskunlaşmış Avropa İttifaqının nümayəndələri ilə görüşdükdən sonra, “binokl şousunda” iştirak etmişdir:
“Polşa ilə Azərbaycan arasında münasibətlər hər zaman qarşılıqlı hörmət əsasında qurulmuşdur. Quru yerdə, heç bir ciddi əsas olmadığı halda münasibətlərin korlanması kimə lazım idi. Ermənilərə görə dəyərdimi?! Təbii ki, bu suallara mütləq cavab veriləcək. Fransa belə bir səhvə yol vermişdi, Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf etmiş müttəfiqini, loqistik baxımdan Mərkəzi Asiya regionuna çıxış imkanını itirdi. İndi isə, qabaqcadan edilən xəbərdarlıqlara baxmayaraq, Polşa qeyri-praqmatik davranışlar sərgiyir. Polşanın Azərbaycandakı səfiri Xarici işlər nazirliyinə dəvət olunub və ona xəbərdarlıq edilib. Əməkdaşlığımızın gələcək taleyi, Polşa tərəfinin atdığı addımlardan asılı olacaq. Azərbaycan Prezidenti İlham Əliyev istənilən ölkə ilə münasibətlərə açıq Liderdir. Kim dostluq üçün bir addım irəli atırsa, iki addım biz atırıq. Əks halda, münasibətimiz adekvat olur”.