image-2000x150
image-1680179666_74-3backend

ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalandı – FOTOLAR

image-728x90
Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Moderator.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
İmzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən Agentliyin xidməti itlərə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən Mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90