image-2000x150
image-1682781822_274351989_1389229728175114_3789505422712901202_nbackend

“Ana laylasıyla çağırdı Vətən” adlı sənədli filminin son təqdimat tədbiri Lənkəranda keçirildi

image-728x90

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlartına Dövlət Dəstəyi Agentliyinin 2022-cü ildə elan etdiyi qrand müsabiqəsində layihəsi qalib olmuş Həqiqət Tarixi Araşdırmalar İçtimai birliyinin “Vətən sizə övlad dedi” layihəsinin bütün tədbirləri keçirildi. Layihə sona çatmaq üzrədir.
Vətən layihəmiz tariximizin qəhraman övladlarının tanıdılması, adlarının əbədiləşdirilməsi üçün iki müharibə veteranı qadınımızın iki şəhid oğlu ilə bağlı “Ana laylasıyla çağırdı Vətən” adlı film çəkmişik. Fimin qəhramanları Gəncə şəhərindən olan Nailə Ələkbərli, şəhid oğlu Rəşad Ələkbərli, müharibə veteranı Sevil Hüseynova, şəhid oğlu Zaur İsmayılzadədir.
“Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkilmiş “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbiri 28 aprel 2023- cü il tarixinində Lənkəran şəhər Tibb Kollecində saat 12-00 da təqdimat tədbirinin keçirildi. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlər Himni səsləndikdən sonra Kollecin müəllimi Solmaz xanım Babayeva tədbirdəkiləri şəhidlərin ruhuna ehtiram olaraq sayqı duruşuna dəvət etdi.
Tədbiri Kollec Direktorunun müavini Solmaz xanım Babayeva açaraq qonaqları təqdim etdi, Layihə və film haqda qısa məlumat verdi. Sonra sözü layihə rəhbəri Elnarə xanım Abbasovaya verdi
Layihə rəhbəri filmin qəhramanları və layihə haqda məlumat verdikdən sonra tədbir iştirakçılarını filmə baxmağa dəvət etdi. “Ana laylasıyla çağırdı Vətən” adlı film nümayiş edildikdən sonra şəhidlərimiz Zaur İsmayılzadənin, Rəşad Ələkbərlinin qazi anaları və Lənkəran rayonunda olan şəhid analarıda tədbirdə iştirak etdilər. Lənkərandan olan şəhid anaları tədbirdən sonra öz problemlərinidə söylədilər. Kollecin müəllimi Solmaz xanım Lənkəran Tibb Kollecində tez tez tədbirlərin keçirildiyini, gəclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsinə xüsusi diqqət ayrıldığını bildirdi. Solmaz xanım Kollecdə bu günə qədər belə yüksək səviyyəli tədbir keçirilmədiyini qeyd edərək layihənin icraçılarına təşəkkür etdi. Tədbir iştirakçılarına filmə aid disklər paylanıldı.
Sonda layihə rəhbəri tədbirin təşkilində göstərdikləri köməklik və qayğı görə Lənkəran Tibb Kollecinin rəhbərliyinə eləcədə bütün kollekayihə iştirakçıları adından tivinə təşəkkür etdi.
Lənkəran Tibb Kollecində həyata keçirilən tədbir layihənin icrası üçün nəzərdə tutulan son tədbir idi. Layihənin tədbirləri başa çatdı. “Vətən sizə övlad dedi” adlı layihənin davamlılığı məqsədi ilə gələcəkdə Lənkəran Mədəniyyət Evində və Sumqayıt Dövlət Universitetində “Ana laylasıyla çağırdı Vətən” adlı filmin təqdimat tədbirləri keçiriləcəkdir.
Layihə rəhbəri
HTAİB-ni sədri Elnarə Abbasova.
image-1682781783_911b31ac-a983-49e6-bf21-146e13941781

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90