ABŞ prezidenti Donald Trampın administrasiyası cümə axşamı daha əvvəl dövlət qrantlarından məhrum olmuş “Amerikanın səsi” radiostansiyasının 600-ə yaxın əməkdaşını işdən çıxarıb.
Ulusal.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti məlumat yayıb.
“Tramp administrasiyası cümə axşamı “Amerikanın səsi”nin 600-ə yaxın əməkdaşını işdən çıxarıb… İşdən çıxarılanlara müqaviləli işçilər, əsasən jurnalistlər, eyni zamanda heyətin üçdə birindən çoxunu təmsil edən bəzi inzibati işçilər də daxildir”, – nəşr yazır.
“Amerikanın səsi”nin baş direktoru Maykl Abramovits işçilərə göndərdiyi elektron poçtda ixtisarları “anlaşılmaz” adlandırıb.
ABŞ Qlobal Media Agentliyinin (USAGM) baş məsləhətçisi Qarey Lakeyin sözlərinə görə, media işçiləri prezident administrasiyasının qanuni səlahiyyətlərinə və planlaşdırılan “federal bürokratiyanın ixtisarına” uyğun olaraq işdən çıxarılıblar.Publika.az