Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki əsgərləri öz mövqelərində Amerika tanklarından daha fəal istifadə etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin hərçiləri Amerikanın “Abrams”, “Bradley” və “M113” tanklarından istifadə edir.
Qeyd olunur ki, Rusiyanın “Şimal” hərbi qruplaşması Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində sıxışdırmaqda davam edir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.