image-rt-reklam
image-1backend

Almaniyanın yeni baş naziri kimdir? – DOSYE

image-728x90

Fevralın 23-də keçirilən növbədənkənar Almaniya Bundestaq seçkilərində Fridrix Mersin rəhbərliyi altında Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (XDİ/XSB) bloku 28,6% səs toplayaraq qalib gəlib.

Fridrix Mers 2022-ci ildən etibarən XDİ-nin rəhbəridir.

Mers 1990-cı illərin sonlarından 2000-ci illərin əvvəllərinə qədər Almaniya Parlamentində (Bundestaq) çalışıb və partiyada müxtəlif vəzifələr tutub. 2002-ci ildə o, bir neçə illik fasilə verərək, iş dünyasında fəaliyyət göstərib və burada BlackRock kimi böyük maliyyə şirkətlərində çalışıb.

2018-ci ildə siyasətə qayıdan Fridrix Mers, bir liberal kimi vergi sisteminin sadələşdirilməsi və miqrasiya məhdudiyyətlərinin tətbiqi tərəfdarı idi. O, dərhal XDİ-nin sadə üzvləri arasında Angela Merkelin varisi olmaq üçün ən populyar namizəd oldu, lakin partiyanın rəhbərliyi iki dəfə onun lider seçilməsinin qarşısını aldı. İlk olaraq 2018-ci ildə Merkelin təyin etdiyi namizəd Anneqret Kramp-Karrenbauer partiyanın lideri seçildi, Lakin 2021-ci ildə Kramp-Karrenbauerin istefasından sonra, Mers yenidən XDİ-nin rəhbəri seçilib.

Mers daha konservativ bir liderdi və iqtisadi liberalizm, vergilərin azaldılması və dövlətin müdaxiləsinin azaldılması mövzularında daha sərt yanaşır. O, həmçinin Avropa siyasəti və təhlükəsizliyi məsələlərində sərt mövqeyə sahibdir və miqrasiya məsələlərində də sərt mövqe tutur.\\Teleqraf

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90