image-rt-reklam
image-1backend

“Almaniyadan Türkiyəyə turist axını güclənib” – Nazir Mehmet Nuri Ersoy

image-728x90

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Almaniya Türkiyəyə gələn xarici qonaqlar arasında ikinci yerdədir.

Ulusal.az xəbər verir ki, Almaniyanın aparıcı turizm agentliklərindən biri olan “Schmetterling” 2023-cü il konqresi çərçivəsində İzmir Efes antik şəhərində turizm mütəxəssislərinin iştirakı ilə proqram təşkil edib.

Proqramda iştirak edən qonaqlara almanca müraciət edən nazir Ərsoy Almaniyanın Türkiyənin ən mühüm turizm bazarlarından biri olduğunu bildirib: “Almaniyadakı iş ortaqları ilə əməkdaşlığımız hər iki tərəf üçün əhəmiyyətli faydalar verir.

2023-cü ilin 8 ayında Türkiyəyə ümumilikdə 33,4 milyon xarici qonaq gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir. Yanvar-avqust aylarını əhatə edən bu dövrdə ölkəmizə 4,1 milyon qonaq Almaniyadan gəlib.

İstanbulla yanaşı İzmir və Bodrum da “Michel”in bələdçisinə daxil edilib. Noyabrın 9-da İstanbulda keçiriləcək mərasimdə bələdçinin sıralaması açıqlanacaq.

Türkiyə Qlobal Davamlı Turizm Şurası (GSTC) ilə hökumətlərarası saziş imzalayan ilk ölkədir. Sazişin əsasən yerləşdirmə obyektlərini əhatə edən son mərhələsi 2030-cu ildə qüvvəyə minəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90