image-2000x150
image-fb_img_1684384543557backend

Almaniyadan Laçına böyük qayıdış başlayır

image-728x90

18 May tarixi Laçınlıların xatirində silinməz bir iz qoyub. 1992-ci ildə Şuşanın işğalından sonra Laçın şəhərinin ermənilər tərəfindən ələ keçirilməsi Ermənistandan Qarabağa bir yolun açılmasına və Qarabağın bizim üçün “qara bir bağ” olmasına gətirib çıxartdı. İlk öncə çox ağır şəraitdə – çadır düşərgələrində, dəmir vaqon, konteynerlərdə yaşayan Laçınlıların illər ötdükcə mərhələli şəkildə həyat şəraitləri yaxşılaşdırılır və daima dövlətimizin diqqət mərkəzində olmuşlar. Ulu Öndərimiz Heydər Əliyev həmişə Laçınlılarla maraqlanır, problemlərini dinləyir və öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına geri qayıtması üçün daxili və xarici siyasətində böyük əzmkarlıq göstərirdi. Lakin mənfur düşmən o torpaqlardan heç bir yol ilə əl çəkmək istəmirdi. Təbii ki, Ulu Öndərin davamçısı olan ölkə rəhbərimiz İlham Əliyev də Ata yolu ilə gedərək hətta doğum gününü Laçınlılarla birgə qeyd etmişdi. Laçın şəhəri imzalanmış müqaviləyə əsasən könüllü olaraq boşaldılaraq Azərbaycana təhvil verilsə də, 44 günlük müharibədə şəhid və qazi qardaşlarımızın gücü ilə – döyüş yolu ilə işğaldan azad edilmiş kəndlərin siyahısında Laçının Güləbird kəndi də var. Hansı ki, Cənab Prezident bir neçə gün öncə oraya səfər edərək kəndin təməlini qoymuşdur. Həmçinin işğaldan azad edilmiş ərazilərin içərisində məhz ilk dəfə stansiya bu kənddə inşa edilmiş və tam hazır vəziyyətə gətirilərək işə salınmışdır. Bu gün – 18 may tarixində Laçın ondan məcburi qoparılmış sakinlərinin artıq yolunu gözləyir və onları qarşılamağa hazırlaşır. Xaricdə yaşayan bir Laçın sakini və Laçındakı yeni möhtəşəm layihələrin rəhbəri olaraq doğma el-obamıza böyük köçə hazırlaşırıq. Özüdə ki, nə çox yaxın nə çox uzaq – Almaniyadan. Məndən savayı 10dan çox yaxın qohumum bir neçə gün sonra Almaniyadan Laçına yola düşməyə hazırlaşırlar. Həmçinin “CamperPark Həkəri” layihəsindən savayı bir neçə digər hazır layihələrlə növbəti həftə, xaricdə yaşayan azərbaycanlı iş adamları və yüksək vəzifəli şəxslərlə Laçına səfərimiz planlaşdırılıb. Hal-hazırda böyük səbirsizliklə Vətənə doğru yola düşürəm və növbəti günlərdə isə işlərlə elə yerində – Laçında tanış olmaq niyyəti ilə…

Rəşad Quliyev

“CamperPark Həkəri” layihəsinin rəhbəri image-fb_img_1684384543557 image-fb_img_1684384538690

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90