image-rt-reklam
image-1backend

Almaniyadan etiraf: “Amerika onsuz da bunu edəcək” deyəcəyimiz vaxt bitdi

image-728x90

Almaniyanın yeni Baş Qərargah rəisi Karsten Breuer bildirib ki, Almaniya ordusu hazırkı vəziyyətdə nə Almaniyanı, nə də NATO ölkələrini müdafiə etmək gücünə malik deyil.

Karsten Almaniyada nəşr olunan həftəlik “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibə verib.

O qeyd edib ki, təkcə alman ordusu deyil, alman cəmiyyəti də çalışmalıdır ki, yenidən döyüşəcək gücə sahib olaq:

“Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna böyük sərmayələr qoyur. Almaniya ordusunun müdafiə gücünə sahib olması üçün daha yaxşı texnoloji təchizata ehtiyacı var. Almaniyanın İHA texnologiyalarına sərmayə qoyması lazımdır. Avropalılar olaraq bizim bir kənara çəkilib “Amerika onsuz da bunu edəcək” deyəcəyimiz vaxt bitdi”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90