image-2000x150
image-1backend

Almaniya niyə Fransadan fərqli olaraq neytral mövqe sərgilədi? – ƏSL SƏBƏBLƏR

image-728x90

“Hazırda Berlində Almaniyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilir. Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Belə ki, Berlin prosesdə sadəcə təşəbbüskar rolunda çıxış edir. Daha o, Paris kimi indilikdə moderator olmağa can atmır. Almaniyanın belə mövqe sərgiləməsi isə prosesin ikitərəfli danışıqlar müstəvisində getməsinə imkan yaradır”.

Görəsən, Almaniya niyə digər Qərb ölkələrindən fərqli olaraq Azərbaycan-Ermənistan dialoqunda konstruktiv mövqe sərgiləyir?

Mövzu ilə bağlı  açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, Berlinin konstruktiv mövqe sərgiləməsi Almaniyanın xoş görünməsi ilə yox, Azərbaycanın sərgilədiyi mövqe ilə bağlıdır:

“Almaniya doğru addım atır. Biz Almaniyadan fərqli olaraq digərlərinin Azərbaycanla Ermənistan arasındakı danışıqlarda niyə konstruktiv mövqe sərgiləmədiyini soruşmalıyıq. Burada söhbət ondan gedir ki, Berlindən başqa digərləri məsələyə qərəzli yanaşır. Bu da daha çox Almaniyanın xoş görünməsindən yox, Azərbaycanın sərgilədiyi mövqeyə bağlıdır. Çünki onlar görür ki, Bakı ilə ultimativ dildə danışmaqla özlərinin bölgədə mövqelərini zəiflədirlər”.

Partiya sədri deyir ki, bölgədə təsir imkanlarını saxlamaq istəyənlər Bakı ilə hesablaşmalıdır:

“Ölkəmizə qarşı qərəzli mövqe bu imkanları onların əlindən alır. Ona görə də Almaniya bu məsələdə ağıllı davranır, neytral mövqedən çıxış edir, təzyiq elementlərinə əl atmır”.

Burada ikinci amil həmsöhbətimizə görə, Avropada lider olmaq uğrunda Parislə Berlin arasında gedən mübarizədir:

“Fransa təkəbbürlü siyəsət yürütmək, imkanlarından üstün mövqedə olmaq iddiaları ilə mövqelərini itirir. Paris belə mövqe itkisilə Avropa dövlətləri içərisində də gözdən düşür. Belədə, Avropada Berlinin liderlik funksiyasını ələ almasına Vaşinqton da yox demir. Hətta ona bu məsələdə imkanlar yaradır.

Yəni Avropa təsisatları daxilində Almaniya Fransa rəqabətində Berlinin önə çıxması və Bakıya təsir imkanlarının məhdudluğunu Parisdən fərqli olaraq görməsi fonunda Berlin konstruktiv mövqedən çıxış edir. Berlin başa düşür ki, öz mövqeyini daha praqmatik şəkildə dominant hala gətirmək üçün başqa yollar yoxdur. Bu da Azərbaycanın təzyiqlər qarşısında duruş gətirməsilə bağlıdır”.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90