Almaniya Rusiya ilə müharibə vəziyyətinə qarşı müdafiə planı hazırlayır.
Ulusal.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FUZ) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, gizli sənəd təxminən min səhifədən ibarətdir və sənəddə Rusiya Federasiyasının NATO-nun şərq sərhədinə hücumu halında alınacaq tədbirlər, eləcə də müdafiə üçün prioritet obyektlər göstərilib.
Plan daxilində həmçinin, yüz minlərlə əsgərin sürətlə yerləşdirilməsi və vətəndaşların enerji müstəqilliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə generatorların alınması kimi tədbirlər də planın tərkibində yer alıb.
Sənədin təfərrüatları hələ rəsmi şəkildə açıqlanmasa da, Almaniyanın və NATO-nun Rusiya ilə müharibə ehtimalına qarşı ciddi hazırlıq gördüyü açıq şəkildə görünür.Musavat.com