Almaniyalı turistlər 2025-ci ildə hansı ölkəyə səfər edəcəklərini açıqlayıblar. Ulusal.az xəbər verir ki, Türkiyə gələn yay alman turistlərin ən çox səfər edəcəyi ölkə olub .
Almaniyanın aparıcı turizm şirkəti olan TUI Türkiyənin alman turistlər üçün getdikcə daha çox sevilən səyahət məkanına çevrildiyini bildirdi.
TUI şirkəti açıqlamasında bildirib ki, Türkiyə Almaniyadan gələn turistlər arasında birinci yerdədir və hazırda TUI-də 30 faizdən çox artım qeydə alınır.
Gələn yay Türkiyədə bir milyondan çox qonaqla 2024-cü ilin güclü yay uğuru əldə edilmək istənir və Almaniyadan Antalya, Dalaman, Bodrum və İzmirə uçuşlar həftəlik 1600-dən çox reys ilə genişləndirildi.
Qış mövsümündə də güclü bir artım olduğuna diqqət çəkilən açıqlamada “Getdikcə daha çox turist qış aylarında Türkiyəyə getməyi seçir. 30 faizdən çox rezervasiya artımı ilə Türk Rivierası Aralıq dənizinin yüksələn destinasiyası və populyarlıq reytinqində Hurqada və Fuerteventuradan sonra üçüncü yerdədir” ifadəsi işlədilib.