Müğənni Alla Puqaçovanın keçmiş xadiməsi Lyudmila Dorondova məşhur estrada ulduzunun vəziyyətindən danışıb.
Ulusal.az xəbər verir ki, bu barədə Teleprogramma.pro yazır.
Qadının dediyinə görə, sənətçi ilə bağlı mediada yayılan xəbərlər Allanı çox incidir. L.Dorondova müğənninin ürəyində və ayaqlarında problem olduğunu bildirib.
“Oxuyuram, yazırlar ki, bükülmüş halda Yurmalada Qariklə gəzir. Birincisi, “bükülmüş halda” yox! İkincisi, bu havada elə əyilərsən ki, heç düzəlməzsən!”, – xadimə deyib.
“Onu bıçaqsız kəsirlər. Hamı onun əsgər kimi olmasını istəyir. Bilmirəm, onun əsəbləri hələ də buna necə dözür!” – Dorondova yekunlaşdırdıb.
Qeyd edək ki, sovet dövrünün ən çox sevilən və ən məşhur müğənnisi olan Alla Puqaçova Ukraynaya qarşı başladılmış müharibəni dəstəkləmədiyi üçün Rusiyada “vətən xaini” durumuna düşüb, ona və ailəsinə qarşı təqib-təzyiq kampaniyası aparılır.