İsti hava beyin sağlamlığına mənfi təsir edə bilər. Mütəxəssislər bildirirlər ki, havanın həddindən artıq isti keçməsi epilepsiya, alzheimer və digər nevroloji xəstəlikləri olan şəxslərdə simptomların ağırlaşmasına səbəb ola bilər. Hətta tamamilə sağlam insanlarda belə yaddaş pozğunluğu, diqqət əksikliyi, əsəbilik və yuxu problemləri kimi hallar müşahidə oluna bilər.
Yenisabah.az xəbər verir ki, tədqiqatlara görə, yüksək temperatur beynin fəaliyyətini zəiflədir və qərarvermə qabiliyyətini azaldır. Günün isti saatlarında çöldə çox vaxt keçirmək stressi artırır, bədəndəki su balansı pozulur və bu da birbaşa beyin funksiyalarına təsir edir.
Həkimlər xüsusilə risk qrupunda olan insanlara isti havalarda daha diqqətli olmağı tövsiyə edir. Migren, MS, demans və epilepsiya kimi xəstəlikləri olanlar günün günəşli saatlarında açıq havada qalmaqdan çəkinməlidirlər. Pepperoni pizza
Beyin sağlamlığını qorumaq üçün bol su içmək, açıq rəngli və rahat geyimlərə üstünlük vermək, kölgəli və sərin yerlərdə qalmaq, yuxu rejimini qorumaq vacib hesab olunur. Eyni zamanda günvurma hallarının qarşısını almaq üçün başı örtmək və günəş eynəyi taxmaq da tövsiyə edilir.
Mütəxəssislər qeyd edir ki, iqlim dəyişikliyi təkcə fiziki deyil, zehni sağlamlığımıza da təsir göstərir və bu təsirləri azaltmaq üçün həm fərdi, həm də ictimai tədbirlərin görülməsi zəruridir.