image-rt-reklam
image-ali-mehkeme-696x464backend

Ali Məhkəmənin yeni sədri kim olacaq?

image-728x90

Dünən Azərbaycanın Ali Məhkəməsində qurumun sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

Ali Məhkəmənin məlumatında deyilir ki, Ramiz Rzayev kollektivlə işləməkdən məmnunluğunu bildirib və dövlətə, prezident İlham Əliyevə ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Xatırladaq ki, Rzayev 19 aprel 2005-ci il tarixində Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilib.

2018-ci ildə onun səlahiyyətləri 5 il – o, hakimlər üçün son yaş həddi olan 70 yaşına çatana qədər uzadılıb.

Ali Məhkəmənin sədri prezident tərəfindən Ali Məhkəmə üzvləri arasından təyin edilir. Ali Məhkəmənin hakimlərini dövlət başçısının təqdimatı ilə parlament təsdiq edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90