image-2000x150
image-1678354336-105896_818lhcy6phbackend

Ali Məhkəmənin sədrini əvəz edən şəxs KİMDİR?

image-728x90

Xəbər verdiyimiz kimi, martın 6-da Ali Məhkəminin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib.

Ali Məhkəmənin sədri vəzifəsi müvəqqəti olaraq sədr müavini Çingiz Əsgərova həvalə olunub.

Qeyd edək ki, Çingiz Əsgərov 2000-2003-cü illərdə Avropa Şurası yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin 1-ci katibi olub.

2003-2020-ci illərdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri vəzifəsini tutub. 2020-ci ildə isə Ali Məhkəmənin hakimi və sədr müavini təyin edilib.

Ç. Əsgərov həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90