image-rt-reklam
image-1backend

Ali Məhkəmə 226 mini ələ keçirməkdə ittiham olunan Dürdanə Əliyevaya “yox” dedi

image-728x90

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva barəsində çıxarılmış hökmdən narazı qalıb. O, son olaraq Ali Məhkəməyə üz tutub.

Ulusal.az xəbər verir ki, Dürdanə Əliyeva 226 min manat məbləği ələ keçirməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.

Məhkəmə istintaqı zamanı D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib.

N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib.

D.Əliyeva törətdiyi əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilmişdi.

Bu qərardan narazı qalan D.Əliyeva apellyasiya şikayəti vermişdi. Onun şikayəti təmin edilməmişdi.

Ali Məhkəməyə üz tutan D.Əliyevanın şikayəti təmin edilməyib. Məhkəmə onun barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90