image-rt-reklam
image-arrest_doctor_260421backend

Aldadıb pul və əmlaklarını ələ keçirdi – Həkim hakim qarşısına çıxır

image-728x90

Külli miqdarda dələduzluqda ittiham olunan Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Ulusal.az xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, sözügedən cinayət işində 9 nəfər – Xəyal Məmmədov, Humay İbrahimova, Firəngiz Musayeva, Ələsgər Ramazanov, Şəfəq İsmayılzadə, Sofi Məmmədov, Faiq Əhmədov, Mahir İsmayılov və Qafil Xələfov zərərçəkmiş qismində tanınıb.

Sabiq baş həkim onları aldadıb, pullarını, əmlaklarını ələ keçirməkdə təqsirləndirilir.

V.Seyidova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Onu da bildirək ki, V.Seyidov iki il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90