Ədalət və İnkişaf Partiyasından böyük şəhərlərdə namizəd olacaq adlar açıqlanıb.
Ulusal.az “Milliyet”ə istinadən xəbər verir ki, 8 ay sonra keçiriləcək yerli seçkilərlə bağlı Ədalət və İnkişaf Partiyasında diqqət çəkən məqamlar var.
Müxalifət cəbhəsində baş verən qarşıdurmalar və Alyansda parçalanma əlamətləri bu hərəkətliliyi daha da artırır. Bütün hesablamalar 2019-cu ildə itirilmiş böyük şəhərlərin geri qaytarılması ilə bağlı aparılır.

Xüsusilə üç böyük şəhər üçün namizədlər artıq müəyyənləşib. İstanbulda səhiyyə naziri Fahrettin Koca, keçmiş ətraf mühit naziri Murat Kurum, əyalət bələdiyyə başçıları Tevfik Göksu, Şadi Yazıcı, Hilmi Türkmen, Ankarada Murat Kurum, Turqut Altınok, Asım Balcı, Murat Ercan, Serhat Oğuz və İzmirdə Həmzə Dağ və Mahmut Özgenerin namizədlikləri irəli sürüləcək.
Antalya üçün irəli sürüləcək namizəd isə hələ sürprizdir. O, turizm sənayesində tanınmış bir addır. Bu ad irəli sürülsə, prezident Ərdoğan yenə hamıya sağı göstərib, solu vuracaq. Namizədlər oktyabr ayının əvvəlində keçiriləcək qurultaydan sonra müəyyənləşəcək.publika





















