image-rt-reklam
image-1backend

AK Partiya məni itirməsəydi, hazırda… – Davudoğludan şok sözlər

image-728x90

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu qatıldığı canlı yayımda AK Partiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Ulusal.az  “Sondakika.com”-a istinadla xəbər verir ki, Davudoğlu qatıldığı proqramda “Terrorsuz Türkiyə” olaraq xarakterizə edilən prosesə toxunub.

“Dövlət Baxçalı illərdir kinayə ilə mənə “Serok Əhməd” (Serok kürd sözüdür, lider, başçı, prezident deməkdir – red.) deyirdi. Siyasətdə bunlar olur, baş qoşmuram. Prosesə başlayandan bəri ona iki dəfə məktub göndərmişəm. Aradan 1-2 saat keçməmiş zəng edib “Cənab baş nazir, fikirlərinizlə razıyam” dedi”, – Davudoğlu bildirib.

O, parlamentar sistemə qayıdışın zəruri olduğunu vurğulayıb: “Türkiyənin mükəmməl və həqiqi parlament sisteminə qayıtması lazımdır. Hər konstitusiya müzakirəsi siyasi gündəm müzakirəsinə çevrilməməlidir. Konstitusiya müzakirəsi növbəti seçkilərdə kimin hakimiyyətdə olacağı ilə bağlı deyil, əsl parlament demokratiyası sistemi ilə bağlı olsa, biz yox deməyəcəyik”.

“AK Partiya məni itirməsəydi, kaş öz prinsiplərinə sadiq qalsaydı… Siyasi mənəvi xəbərdarlıqlarıma qulaq assaydı, hazırda 60 faiz yerlə parlamentdə təmsil olunurdu. Mən ayrılanda bu rəqəm 49,5 faiz idi. AK Partiya kütləsinin içindən çıxmışam, lakin o kütlələrdən qopmamışam. Dövlət marağı bunu tələb edəndə hamı ilə danışıram, amma prinsiplərimlə bağlı heç vaxt güzəştə getmirəm”, – Davudoğlu qeyd edib.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90